Vanuatuda baş verən zəlzələ nəticəsində iki Çin vətəndaşı həlak olub, Çinin səfiri Li Minqanq bildirib.
O, bu barədə Çin Mərkəzi Televiziyasına bildirib.
“Dekabrın 17-də Vanuatuda baş verən zəlzələ nəticəsində iki Çin vətəndaşı həlak olub”, – RİA Novosti ondan sitat gətirir .
Associated Press-in məlumatına görə , Vanuatuda baş verən zəlzələ nəticəsində ümumilikdə 14 nəfər ölüb, 200-dən çox insan yaralanıb. İtkin düşənlərin dəqiq sayı məlum deyil. Ölkədə rabitə və su təchizatında fasilələr yaranıb, binalar və körpülər dağılıb.
Bundan əvvəl Vanuatu sahillərində 7,4 bal gücündə zəlzələnin qeydə alındığı bildirilmişdi.
DOĞRU.AZ