EN

İran Əsədin 30 milyard dollar borcunu Suriyadan tələb edir

İran

Suriyada 61 illik Baas rejiminin süqutundan sonra İranın tarazlığı alt-üst olub. Suriyada qəfil baş verən proseslərdə Rusiya ilə birlikdə ən çox itirən ölkə olan İran indi fərqli rəftarı ilə seçilir.

Reyting.az
xəbər verir ki, İranın Suriya səfirliyi yaxın vaxtlarda fəaliyyətə başlayacağını elan edərək, Suriyadakı yeni hökumətdən İranın borcunu istəyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi bildirib ki, ölkəsinin Suriyadakı mövcudluğu terrorla mübarizə üçün olub.

Baqeyi Suriyanın İrana olan borcu və bu kontekstdəki rəqəmlərlə bağlı suala cavabında deyib: “Biz Suriyada keçid mərhələsinin keçəcəyini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan razılaşmalar və anlaşma memorandumları iki ölkə arasındadır və tətbiq ediləcək”.

Qeyd edilir ki, Əsəd rejiminin İrana 30 milyard dollar borcu var.

E. KAMAL
Chosen
27
reyting.az

1Sources