EN

Rusiya Suriyadakı hərbi varlığını bu əraziyə köçürür

Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Latakiyadakı hava bazasından geniş miqyasda əsgər və texnikasını çıxardığı iddia edilib.

İddialar arasında Rusiyanın hərbi texnikasını  igər Aralıq dənizi ölkəsi Liviyaya apardığı da iddia edilir.

Sitat.info xəbər verir ki, ABŞ mətbuatı Rusiyanın Suriyadakı hava və dəniz bazalarından texnika və əsgər daşıdığını iddia edib.

Rəsmilər bildiriblər ki, Rusiya qüvvələri və Rusiya hərbi texnikası geniş miqyasda Suriyadan çəkilməyə başlayıb, lakin bunun davamlılığı sual altındadır. O qeyd edib ki, Rusiya qüvvələri Şərqi Aralıq dənizi ölkəsi Suriyadan Şimali Afrika ölkəsi Liviyaya öz dəniz qüvvələrini köçürməyə başlayıb.

Peyk görüntülərində Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etmək üçün təyyarələri yükləməyə hazırlaşdığı görülüb. Hmeymim aviabazasında iki ədəd AN-124 ağır hərbi-nəqliyyat təyyarəsinin burun konuslarının yuxarı qaldırılaraq yükləri yükləməyə hazır olduğu müəyyən edilib.

Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda hökuməti ələ keçirən müxalifətlə Suriyadakı Rusiya bazaları məsələsini müzakirə etdiklərini bildirib.

Aytac,

Sitat.info

Chosen
5
sitat.info

1Sources