EN

Moyses Kaysedo pərəstiş etdiyi futbolçunu açıqladı

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo “zadəganlar”ın fransalı keçmiş futbolçusu N’Qolo Kante ilə müqayisə edilməsinə münasibət bildirib.

Arena.az ekvadorlu futbolçunun bu barədə fikrini təqdim edir:

“O, mənim kumirimdir, bunu hamı bilir. Artıq dediyim kimi, mən komandaya və tərəfdaşlarıma sadəcə kömək etməyə çalışıram. Kante “Çelsi” üçün çox vacib oyunçu idi”, deyə Kaysedo vurğulayıb.

Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.

“Çelsi” Moyses Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 23 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur. Bonuslarla bu məbləğin 133,5 milyon avroya çatması da mümkündür.

2023/2024 mövsümündə Moyses Kaysedo “Çelsi”nin heyətində 18 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. O, bu klubun heyətində bütövlükdə 66 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 51 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Chosen
10
arena.az

1Sources