EN

Bundestaqın üzvü Ernst Almaniyaya qaz tədarükü ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çağırıb

Bundestaqın Sara Vaqenknext Blokundan deputatı Klaus Ernst bildirib ki, Berlin “Şimal axını 2” qaz kəmərinin sağ qalan qolu vasitəsilə Almaniyaya qaz nəqlinin bərpası ilə bağlı Rusiya ilə danışıqlara başlamalıdır.

Onun fikrincə, Almaniya artıq siyasi kursunu ABŞ siyasətinə uyğunlaşdırmamalıdır.

“Biz nəhayət, ölkəmizə münasib enerji gətirməliyik” deyə o, sosial mediada X yazıb.

Daha əvvəl Politico yazıb ki, Avropa İttifaqının Rusiya enerji resurslarının idxalını azaltmaq planları iflasa uğrayıb . Avropanın enerji məsələləri üzrə yeni komissarı Dan Yorgensen “Politico” qəzeti ilə söhbətində qeyd edib ki, bu problemi həll etmək üçün fərqli yanaşma tapmaq lazımdır.

Həmçinin məlumat verilib ki, Avstriya, Çexiya və Slovakiya Almaniya hakimiyyətini gələn il yanvarın 1-dən qonşu ölkələrə qaz tranziti rüsumunu ləğv etməyə çağırıb.

DOĞRU.AZ

Chosen
16
dogru.az

1Sources