EN

Suriyalıların çoxuna Türkiyədə sığınacaq VERİLİB

Suriyanın yeni hakimiyyəti qonşuları Türkiyə ilə strateji münasibətləri davam etdirmək niyyətindədir.

Redaktor.az bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa bildirib.

"Bizim Türkiyə ilə strateji əlaqələrimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri olacaq, inanırıq ki, Türkiyə iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcək. Biz 2011-ci ildən bəri qaçan suriyalıların yarısının vətənlərinə qayıdacağına ümid edirik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, suriyalıların çoxuna Türkiyədə sığınacaq verilib.

Türkan İSGƏNDƏRLİ

Chosen
16
redaktor.az

1Sources