Regionlarda ciddi həkim çatışmazlığı var.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, həkimlərin 60-70 faizi Bakıda cəmləşib:
"Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək".
Araz Nəsirov qeyd edib ki, TƏBİB tabeli xəstəxanalara bu gün 1.8 milyarda yaxın büdcə ayrılıb:
"90 müəssisəmiz var ki, onlardan 20-si özünü maliyyələşdirə bilir".
Bizim.Media