EN

ABŞ Bəşər Əsədi devirənləri terrorçular siyahısından silə bilər

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mettyü Miller xarici jurnalistlər üçün keçirilən brifinq zamanı, "Heyət Təhrir əş Şam" (HTŞ) qrupunun konkret addımları əsasında Birləşmiş Ştatların onu xarici terror təşkilatları siyahısından silə biləcəyini söyləyib.

Onun sözlərinə görə, ABŞ HTŞ barəsində onun açıqlamaları yox, "addımları əsasında" hökm verəcək. Miller bildirib ki, "ABŞ öz siyasətinə hər hansı bir dəyişikliklər etməzdən əvvəl Dəməşqdəki müvəqqəti hakimiyyətin fəaliyyətini nəzərdən keçirmək niyyətindədir".

Miller deyib: "Biz bunu çox diqqətlə izləyəcəyik, bununla yanaşı, hətta bu prosesdə iştirak edəcəyik. Biz artıq HTŞ ilə ilkin ünsiyyətdə olmuşuq, vəziyyətin inkişafını necə gördüyümüzü, onların necə addımlar atmalı olduğu barəsində fikrimizi bildirmişik.

Hürr Tərcüman

 

Chosen
32
hurriyyet.az

1Sources