Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri davam etdirəcək.
Azpost.info xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı Əhməd əl-Şaraa) “Yeni Şəfəq” qəzetinə məlumat verib.
“Türkiyə ilə strateji əlaqələrimiz olacaq. Yeni Suriya dövlətinin yaradılmasında Türkiyənin bir çox prioritetləri var. Türkiyənin iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcəyinə inanırıq”, – o deyib.
Azpost.info