EN

Türk lirəsi rekord həddə ucuzlaşdı

Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.

Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/35 səviyyəsinə enib. Hazırda birjalarda bir dollar 35 lirədən baha ticarət olunur. Bu da rekord həddə ucuzlaşma deməkdir.
 

1 avro isə 37 lirə həddinə yaxınlaşmaqdadır.


Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 7 dəfəyə yaxın dəyər itirib.

Bizim.Media

Chosen
9
4
bizim.media

5Sources