Mübahisəli halların necə təsnifləşdirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Mübahisəli hallar aşağıdakılar üzrə təsnifləşdirilir:
– Təmin edilməmiş xidmətlər və ya əldə edilməmiş mallar;
– Nağd pulun alınmaması və ya hesaba mədaxil olunmaması;
– Uyğun gəlməyən kart/hesab nömrəsi;
– Kartın fiziki olaraq təqdim edilmədiyi mühitdə fırıldaqçılıq;
– Kartın fiziki olaraq təqdim edildiyi mühitdə fırıldaqçılıq;
– Avtorizasiyadan imtina;
– Avtorizasiyanın yoxluğu;
– Gec təqdimetmə;
– Yanlış valyuta və ya əməliyyat kodu;
– Dublikat emal;
– Təsvir edildiyi kimi olmayan və ya qüsurlu mal/xidmət;
– Vəsaitin kreditləşməsinin icra edilməməsi;
– Ödənişin başqa vasitələrin köməyi ilə aparılması.