Olaylar xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bu gün "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, regionlarda ciddi həkim çatışmazlığı var.
"Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək", - o əlavə edib.
Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1,8 milyard manata yaxın büdcə ayrılıb.
"Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31