EN

Azərbaycanın hava məkanı: beynəlxalq aviasiyada mühüm rol və modernləşdirmənin yeni mərhələsi

Bakı. Trend:

Azərbaycan beynəlxalq aviasiyanın əsas tranzit mərkəzi kimimövqeyini möhkəmləndirməkdə davam edir. Ölkənin strateji yerləşməsivə qabaqcıl aeronaviqasiya xidməti Azərbaycanın hava məkanınıAvrasiya regionunda ən tələb olunan məkanlardan birinə çevirir.

2014-cü ildən etibarən ölkənin hava məkanı üzərindən tranzitdaşımaların həcmi 350% artıb. Gündəlik olaraq Azərbaycanın havaməkanından 900-ə yaxın təyyarə keçir ki, onların yarısından çoxudünyanın aparıcı aviaşirkətlərinin tranzit uçuşlarıdır.EUROCONTROL-un proqnozlarına görə, 2030-cu ilədək orta gündəliktrafik axını 1032-yə, pik günlərdə isə 1300-ə çata bilər.

Hava hərəkətinin təhlükəsizliyini və səmərəliliyini təminetməkdə əsas rolu “Azərbaycan Hava Yolları” QSC-nin“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi oynayır. İstifadə edilənAIRCON 2100 hava hərəkətinə nəzarət sistemi, aeronaviqasiyatexnologiyaları sahəsində dünya lideri olan INDRA şirkətitərəfindən hazırlanmışdır və həm milli, həm də beynəlxalqaeronaviqasiya xidmətlərinin sabit işləməsini təmin edir.

Bununla belə, hava hərəkətinin intensivliyinin artması dahamüasir həllərin tətbiqini tələb edir. Uzunmüddətli modernləşdirməstrategiyası çərçivəsində, 17 dekabr 2024-cü il tarixində“Azərbaycan Hava Yolları” QSC və INDRA şirkəti arasında havahərəkətinə nəzarətin ən müasir sisteminə - MANAGAIR-ə keçidinəzərdə tutan müqavilə imzalanıb.

Yenilənmiş MANAGAIR sistemi yalnız uçuşların təhlükəsizliyini vəsəmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitətəsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM MasterPlanında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakıxüsusiyyətləri özündə birləşdirir:

  • Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarınınazaldılması məqsədilə marşrutların optimallaşdırılması;
  • Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması vəqarşısının alınması;
  • Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlarauyğunluğun monitorinqi;
  • Səsli rabitə və mesajların ötürülmə protokollarınınmodernləşdirilməsi;
  • Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinintəkmilləşdirilməsi;
  • Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir enişprosedurları.

“INDRA ilə əməkdaşlıq ən müasir texnologiyaların tətbiqinə imkanyaradır və bu texnologiyalar dünya standartlarına tam cavab verir.Bu addım Azərbaycanın beynəlxalq aeronaviqasiyada lider kimiinkişafında və ən yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsindəəhəmiyyətli mərhələ olacaq,” – deyə “Azərbaycan Hava Yolları”QSC-nin prezidenti Samir Rzayev bildirib.

Hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi yalnıztexnoloji irəliləyiş deyil, həm də Azərbaycanın aviasiya sektorununstrateji inkişafı, onun Avrasiyada aparıcı aviasiya qovşağıstatusunun möhkəmləndirilməsidir. Hava hərəkətinə nəzarət, müdafiəsistemləri və rəqəmsal transformasiya sahəsində qlobal lider olanINDRA dünyada təhlükəsiz və dayanıqlı aviasiya sektorununyaradılmasında əsas rol oynamağa davam edir.

Məqalədə:
Chosen
11
7
az.trend.az

8Sources