EN

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin məhkəməsi başlayır

Sabah Xaçmaz rayon Məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bağlı imzalanmış cərimə protokoluna baxılacaq.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 233.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xaçmaz rayon Məhkəməsində baxıan işlə bağlı artıq üç proses keçirilib. Lakin nəticə əldə edilməyib. Sabah növbəti prosesdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı iş hakim Aynur Əliyevanın icraatındadır.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərbaycan Xəzər Dənir Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Chosen
11
tribunainfo.az

1Sources