EN

ADRA beynəlxalq təcrübəni öyrənir - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun və Birləşmiş Ərəb Əmirliklərinin Media Şurasının baş katibi Məhəmməd Səid Əl Şehhinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib.Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Dubay şəhərində baş tutan işgüzar görüşdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində səfiri Elçin Bağırov da iştirak edib. Toplantıda açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi, bu sahədə Media Şurasının rolu, rəqəmsal reklamın yerləşdirilməsi zamanı şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin təmin edilməsinə nəzarət mexanizmləri müzakirə edilib, eləcə də təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Görüş zamanı Birləşmiş Ərəb Əmirliklərinin reklam sahəsində qanunvericiliyi barədə məlumat verilib, hər iki ölkədə reklam fəaliyyətinin tənzimləməsinin xüsusiyyətləri haqqında fikir mübadiləsi aparılıb. Tədbirin nəticələrinə görə, qarşılıqlı təcrübə mübadiləsinin gələcək fəaliyyətdə faydalı olacağı əminliklə qeyd olunub, bu məqsədlə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi niyyəti ifadə edilib.

Chosen
15
3
sia.az

4Sources