EN

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11 milyard manatı ötüb

Bu ilin yanvar-noyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 394,5 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 8 593,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Chosen
13
12
vergiler.az

10Sources