1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 4,6 dəfə azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu ilin noyabr ayında və dekabr ayının ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7,66% və 7,79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan ortagünlük əməliyyatların həcmi noyabrda 627,3 milyon manat, dekabrın ötən dövründə isə 402,3 milyon manat olub.
"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq, ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb", - deyə məlumatda qeyd olunub.