Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana səfər edib.
Leqal.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Alen Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş Prezident Mixail Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Alen Berse işğal xəttinə yaxın kəndə baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.
Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.
Leqal.info