Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinin qətlində əli olan iki nəfər saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
"Şübhəlilərin ötən gün saxlanıldıqları qeyd edilir. Onlar artıq ifadə veriblər və cinayətin təşkilatçıları barədə müstəntiqlərə danışıblar", - məlumatda qeyd olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.