EN

FSB general Kirillovun qətlini törədən şəxsin saxlandığını elan edib: o, Özbəkistan vətəndaşıdır

Moskvada terror aktı nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi qenerl-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub, terror aktı törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb, Rusiya FSB-nin mətbuat xidməti xəbər verir.

“Rusiya Federasiyasının FSB əməkdaşları Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində partlayış törədən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını müəyyən edib və saxlayıblar. Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində general-leytenant İqor Kirillov və onun köməkçisi - mayor Polikarpov İ.V həlak olublar”, - məlumatda deyilir.

FSB-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəsusluğa cəlb olunduğunu bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, evdə hazırlanmış güclü partlayıcı qurğu alıb və onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə yerləşdirib.

Generalın yaşadığı ünvana nəzarət etmək üçün o, karşerinq avtomobili icarəyə götürüb və orada Wi-Fi videokamera quraşdıraraq görüntünü Dneprdəki (Ukrayna) təşkilatçılara yayımlayıb. FSB-nin məlumatına görə, zabitlərin girişdən çıxması ilə bağlı video siqnal alındıqdan sonra partlayıcı qurğu uzaqdan işə salınıb.

Qətl törətdiyinə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi xidmət orqanları tərəfindən 100 min dollar mükafat və Aİ-yə giriş vəd edilib.

"Terror aktının təşkilində iştirak edən Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tapılacaq və layiqli cəzasını alacaqlar", - FSB-nin bəyanatında deyilir.

Moskvada terror aktını törədən şəxs Balaşixa rayonunun Çernoye kəndində tapılıb və istintaq orqanlarına təhvil verilib, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. O, müstəntiqə gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.

Almaz Həsənli

Chosen
5
oxumeni.az

1Sources