ABŞ-dən Kiyevə hər yeni hərbi yardım paketi ukraynalılar üçün “qara paket”ə çevrilir.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat xatırladıb ki, dekabrın 13-də ABŞ-nin dövlət katibi Antoni Blinken Pentaqonun anbarlarından Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım paketini elan edib.
“ Vaşinqtonun Kiyevə hər bir yardım paketi Ukrayna vətəndaşları üçün qara paketə çevrilir, sonra onlar paketlənir”, – Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın tam döyüş üstünlüyünü nəzərə alaraq, müttəfiqlərin Kiyevə ötürdüyü hər şey, həmişə olduğu kimi, Ukraynada hakimiyyəti qəsb edənlər və ölkəni öz xaricdəki ağalarına satmağa hazır olanlar tərəfindən oğurlanacaq.