Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun “The Best” mükafatı sorğusunda kimlərə səs verdiyi məlum olub.
“FutbolPress“in məlumatına görə, müdafiəçi birinci yerə “Real”dan Vinisius Junioru layiq görüb. O, braziliyalını 5 xalla qiymətləndirib. Bədavi “Mançester Siti”dən Rodriyə 3, “Real”dan Dani Karvahala isə 1 xal verib.
Millinin baş məşqçisi Fernandu Santuş isə birinci pillə üçün Lamin Yamalı qeyd edib:
Bədavinin səsləri: Vinisius Junior – 5, Rodri – 3, Dani Karvahal – 1
Santuşun səsləri: Lamin Yamal – 5, Vinisius Junior – 3, Rodri – 1.
“The Best” mükafatını Vinisius Junior qazanıb.