ABŞ-ın aparıcı tibbi sığorta şirkəti olan "UnitedHealthcare"in Baş İcraçı Direktoru (CEO) Brayan Tompsonu öldürdüyü iddia edilən Luici Mangione "terror aktı kimi qətl törətməkdə" günahlandırılıb.Prokurorlar qətl şübhəlisi Mangionenin qətli terror aktı olaraq işlədiyini bildirib. Mangionenin Nyu Yorkdakı vəkili mövzu ilə bağlı açıqlama verməyib.Nyu-York ştatının qanunlarına əsasən, belə bir ittiham iddia edilən cinayətin mülki əhalini qorxutmaq və ya məcbur etmək, hədə-qorxu və ya məcburiyyət yolu ilə dövlət qurumunun siyasətinə təsir etmək və qətl, sui-qəsd və ya adam oğurluğu yolu ilə dövlət qurumunun davranışına təsir etmək məqsədi ilə törədildikdə irəli sürülə bilər.Manhetten Rayon Prokurorluğu rəsmiləri dekabrın 9-da Tompsonun güllələnərək öldürülməsi ilə bağlı saxlanılan Luici Mangionenin qətldə mühakimə olunacağını açıqlamışdı.