"5 tibb müəssisəsində onlayn növbə sisteminin tətbiqi üçün hazırlıq prosesi davam edir".
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində panel müzakirələri zamanı deyib.
O bildirib ki, onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur:
"Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80000-ə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media