EN

Azərbaycanda buğda və arpa əkinləri kəskin azaldıldı

Bu il dekabrın 1-dək Azərbaycanda təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 933,9 min hektar sahədə şumlama həyata keçirilib.

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründəkindən 106,4 min hektar və ya 10,2 faiz azdır.

Rəsmi statistikaya əsasən, gələn ilin məhsulu üçün 663,5 min hektar sahədə dən üçün payızlıqlar səpilib ki, bu da illik ifadədə 166,6 min hektar və ya 29,1 faiz azdır. Səpin aparılan sahələrin 364,1 min hektarını buğda(125,4 min hektar və ya 25,6 faiz az), 299,3 min hektarını arpa(41,1 min hektar və ya 12 faiz az) və 0,1 min hektarını(0,1 min hektar və ya 50 faiz az) çovdar təşkil edir.

Musavat.com

Chosen
4
musavat.com

1Sources