EN

İllər sonra Dəməşq hava limanı fəaliyyətini bərpa etdi

Suriyada uzun sürən qarşıdurma səbəbindən bağlanan Dəməşq Beynəlxalq Hava Limanı uzun illərdən sonra bu gün qapılarını açır.

Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsi zamanı təhlükəsizlik səbəbilə bağlanan hava limanı mərhələli şəkildə fəaliyyətə başlayacaq.

Səlahiyyətlilər ilk uçuşun paytaxt Dəməşqdən Hələbə olacağını bildirərək, daxili uçuşlarla başlayacaq əməliyyatların gələcəkdə beynəlxalq uçuşları da əhatə edəcək şəkildə genişləndiriləcəyini açıqlayıb. Vurğulanıb ki, aeroportun açılışı təkcə nəqliyyat baxımından deyil, həm də ölkənin yenidən qurulması və iqtisadiyyatının dirçəlməsi baxımından mühüm addımdır.

(unikal)

Chosen
16
1
avtosfer.az

10Sources