EN

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: 360 min ildən çoxdur ki… – FOTOLAR

XIX əsrin 20-ci illərinədək elmlə, tarixlə maraqlanan hər kəs elə bilirdi ki, bütün dünyaya sivilizasiya, elmi mədəniyyət Misirdən yayılıb. Amma həmin əsrin 20-ci illərindən avropalıların çox eşitdikləri və maraqlandıqları İraq ərazisindəki Dəclə və Fərat çayları arasındakı Mesopotomiyaya aid ərazidə qazıntılar aparılarkən, bu sahə ilə maraqlanan kəslər tamam çaşıb qaldılar.

Bu yöndə ilk addımı atan şəxs kimi ingilis diplomat-arxeoloq Osfen Henri Leyardın adı çəkilir.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Birinci növbədə buradan tapılan minlərlə gil tabletlər üzərindəki yazılar və rəsmlər diqqəti cəlb etdi. Niderlandlı Eduard Hiks kimi alimlər həmin mixi yazıların dilini, mahiyyətini öyrəndikcə, bu çaşqınlıq və heyrət daha da artırdı. Məlum olurdu ki, beş min ildən də çox bundan əvvəl burada yaşayan Şumerlər Günəş sisteminə, onun planetlərinə tam bələd olublar və bu sistemin mərkəzində Yeri yox, Günəşi təsvir ediblər. Günəş ətrafında da 12 planet təsvir ediblər.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Yerdə müxtəlif bitkilərin əkinini ilk təşkil etmələri ilə, taxtadan təkərli araba istehsal etməklə birgə, ulduz sistemlərinə də əməlli bələd olublar. Bir saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə, bir günü 24 saata bölüblər. Yerin Günəş ətrafında tam dövrəsini bir il biliblər.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Elm-texnikanın olmadığı, metalların, optik alətlərin yerli-dibli işlədilmədiyi daş dövründə, bir sıra planetlərin, ulduzların gözlə görünmədiyi vəziyyətdə, onlar bunu necə bilərdilər? Şumerlərin özləri yazdıqları gil tabletlərdə bunun səbəbini belə izah edirlər: Günəş sistemində Merkuri ilə Yupiter arasına ellepsvari hərəkətlərlə 3600 ildən bir daxil olan bir planet var. Bu, Nibiru planetidir.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Həmin planetdən bizim Yerə uçub gələn nəhəng Anunakilər genetikamızda iki əməliyyat keçirməklə, bizi meymunabənzər varlıqdan şüurlu insana çevirdilər. “İncil”də buna işarələr var. 2001-ci ildə ABŞ alimi Zaxariya Sitçın Şumerlər haqqında yazdığı məqaləyə belə ad qoymuşdu: “Adəmin başqa planetdən gətirilən genetikası”.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Əslində bu Anunakilərin özünə lazım idi. Çünki Yerin müxtəlif yerlərindəki qızıl yataqlarını qazmaqda, bir sıra dəyərli maddələri toplamaqda onlara köməkçilər lazım idi. Bilikləri də onlar bizə öyrədiblər. Eləcə də müxtəlif heyvanlarda da istismar üçün dəyişikliklər etdilər. Əldə etdikləri qızılları Niburiyə göndərirdilər. Əkib-becərmək üçün bizə müxtəlif toxumlar verdilər.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Anunakilər əslində 360 min ildən çoxdur ki, buralardadırlar və müxtəlif sivilizasiyaların yaranmasında, nəhəng tikililərin qurulmasında əsas rol oynayıblar. O sivilizasiyaların qalıqları, müəmmalı nəhəng tikililər dünyanın müxtəlif yerlərdə indi də qalmaqdadır. Amma o sivilizasiyalar, elə Şumerlərin özləri qarışıq necə və niyə yoxa çıxdılar?! Bu müəmma olaraq qalır! Antik Yunan Ədəbiyyatının günümüzə gəlib çatan əsərlərində də həmin Anunakilər Allahlar adı ilə insanlarla ünsiyyətdə, mübarizədə, mübahisədə, bəzən dava-dalaşda təsvir olunublar. Elə Şumerlər özləri də Anunakilərə Allahlar kimi baxırdılar.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Ehtimal olunur ki, Nibiru planeti Günəş sisteminə yenidən 2100-2158-ci illər arasında daxil olacaq. Alimlər, Yerdən 4 dəfə böyük olduğunu deyirlər. Əslində, astronomiya elminə çoxdan məlumdur ki, kainatda heç bir qanunlara tabe olmadan, kainat boyu “öz keflərinə” gəzən planetlər var. Belə kometlər də var. Məsələn, Halley kometi gedib bütün kainatı gəzib 76 ildən bir Günəş sisteminə daxil olur, Yerin yaxınlığından keçir. Gözlə görünə bilir. Axırıncı dəfə 1986-cı ildə Yerin yaxınlığından keçib. Bu kimi göy cisimləri hansı kainat qanunlarına tabedirlər? Heç cür izah olunmur!

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Məsələ burasındadır ki, Mesopotomiyada tapılan həmin gil tabletlərdə yazılan müxtəlif söyləmələr, xüsusən “Bilqamıs” dastanındakı rəvayətlər sonralar səmavi dini kitabların mətnində də öz əksini tapıb. Məsələn, dünyanı su basması, Nuhun gəmi hazırlaması, yaxud yeni doğulmuş körpənin başçıdan gizlədilməsi üçün beşiyinin çayda axıdılması, axan uşağı (tabletlərdə adı Sarqondur, – sonralar kral olub, “Tövrat”da isə Musa peyğəmbər) uzaqda çaydan tapılıb bəslənməsi, sonradan həlledici insana çevrilməsi və sair.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Bir vaxtlar Şumer dilini Semit dil qrupuna aid etməyə çox cəhd etdilər. Ancaq bu uyğunluq heç cür tapılmadı. Həm də Semit dillərində saitlər yazılmadığı halda, Şumer yazılarının hər yerində saitlər işlənmiş, bəzi sözlər qoşa saitlə yazılmışdır. Həqiqət isə budur ki, (dünya bunu etiraf etməyə tələsməsə də) Şumer dili Türk dili ilə çox qohumdur. Hətta ABŞ-də yaşayan, əslən Mığrı rayonunun Nüvədi kəndindən olan alim Tariyel Azərtürk xeyli araşdırma aparıb, bu barədə bir neçə əsər yazıb və sübut edib ki, Türk dilinin əsası elə Şumer dilidir.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

1877-ci ildə geniş miqyasda aparılan qazıntılar zamanı Şumerlər tərəfindən düzəldilmiş heykəllər də tapılmışdı. Məlum oldu ki, onlar şəhər dövlətlərinin girişində və mərkəzində heykəllər qoyurlarmış. Dəclə və Fərat çaylarının altından atılan tunellərin də izləri tapıldı. Kiçik heykəlciklər də var ki, bunların hansı materialdan düzəldildiyi hələ tapılmayıb.

İnsanlarla hər gün DANIŞAN ALLAHLAR: <span style=color:red>360 min ildən çoxdur ki... - FOTOLAR

Eramızdan əvvəl 331-ci ildə bu ərazilərə gələn Makedoniyalı İskəndər ordularına göstəriş vermişdi ki, qarşılarına çıxan sivilizasiya nümunələrini bacardıqları qədər dağıtsınlar. Sonralar bu üzü qara ərəblər həmin əraziləri işğal edib, özlərinə Bağdad adlı mərkəz tikəndə Şumer mədəniyyət nümunələrini kökündən baltaladılar! Üzü qara torpaq isə, bu üzü qara, silahlı manqurt fanatlardan bir xeyli gil tabletləri, mədəniyyət nümunələrini öz qoynunda gizlədə bildi! Doğrudur, həmin tabletlərin də çoxu yararsız haldadır, oxunmur. Onlar da oxunsaydı, Allah bilir, hansı sirlər də üzə çıxacaqdı.

Mahir BAYRAM

Chosen
11
50
medianews.az

10Sources