EN

Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı

1973-cü ildən Lənkəran Dövlət Teatrında aktyorluq fəaliyyəti ilə məşğul olan Afaq Bəşirqızının bu il səhnədə çıxışının 51 ili tamam oldu. Teatrda canlandırdığı müxtəlif obrazlarla yaddaşlarda qalan sənət adamını keçən 51 ildə bir sıra kino və televiziya tamaşalarında da görmək mümkündür. Bura "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və sair ekran əsərlərinin adını qeyd etmək olar.

News365.az xəbər verir ki, fəaliyyətini hələ də teatrda davam etdirən Afaq Bəşirqızının zaman-zaman səhnədə dayanmaqda çətinlik çəkdiyini də görmək mümkündür.

Son günlərdə isə sosial mediada yayılan rəqs videosu onun sağlamlığı ilə bağlı bir sıra narahatlıq doğurdu. Belə ki, Afaq Bəşirqızı rəqs etdiyi zaman yaxınlığında olan stuldan və digər şəxslərdən dəstək alırdı.

Bununla bağlı Afaq Bəşirqızı ilə əlaqə saxladıq. O bildirdi ki, sağlamlığında heç bir problem yoxdur.

“Mən çox yaxşıyam. Nə ayağımda, nə də başqa yerimdə problem var. Buna görə heç bir narahatlığa səbəb yoxdur”.

Chosen
17
3
news365.az

4Sources