Rusiya ordusunda nüvə qüvvələrinə rəhbərlik edən general-leytenant İqor Kirillov sui-qəsd nəticəsində öldürülüb.
Turkustan.az xəbər verir ki, hadisənin görüntüləri yayımlanıb.
Bildirək ki, Rusiyanın Nüvə, Bioloji və Kimyəvi Mühafizə Korpusunun rəhbəri general-leytenant İqor Kirillov Ryazanski prospektində, Kremldən təxminən 7 kilometr cənub-şərqdə yola aparan yaşayış binasının qarşısında qətlə yetirilib. O, skuterə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
Sosial şəbəkələrdə partlayış anını əks etdirən video yayımlanıb. Həmin görüntüləri təqdim edirik.
Aytən Yaşar/ Turkustan.az