Bayden vəd etdiyi bütün yardımı Ukraynaya göndərə bilməyəcək
ABŞ Prezidenti Co Bayden administrasiyası vəd etdiyi bütün yardımı Ukraynaya köçürməyə çalışır. Buna baxmayaraq,Konqresin ayırdığı 5,6 milyard dollar hələ qalıb. Buna paralel olaraq, Donald Trampın andiçmə mərasiminin vaxtı azaldığı üçün bütün məbləğin xərclənəcəyi sual altına düşüb.
Reyting.az xəbər verir ki, bunu “New York Times”ə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Bayden administrasiyası ilin sonuna qədər Ukraynaya əlavə yardım elan etməyi planlaşdırır. “Amma Tramp yanvarın 20-də hakimiyyətə gələnə qədər böyük məbləğin ayrılması çətin olacaq”, - Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.
Yüksək çinli məmur deyib ki, Bayden administrasiyası Ukraynaya yardım üçün ayrılmış 5,6 milyard dolların bir hissəsini növbəti administrasiyaya saxlaya bilər: “Biz bu administrasiyanın qalan müddətində paketləri azaltmağa davam edəcəyik. Lakin 5,6 milyard dollar kifayət qədər böyük məbləğdir. Fikrimcə, onun bir hissəsi növbəti administrasiyanın istifadəsinə veriləcək”.
Rəsmi əlavə edib ki, Tramp administrasiyasının həmin pulu Ukraynaya kömək etmək üçün istifadə edib-etməyəcəyi bəlli deyil.
ELÇİN