Dünən FİFA-nın Qətərin paytaxtı Dohada təşkil etdiyi tədbirdə "Puşkaş mükafatı"nın sahibi bəlli olub.
News365.az xəbər verir ki, "Mançester Yunayted"in üzvü Alexandro Qarnaço bu nominasiyada qalib olub.
İkinci sırada isə "Qarabağ"da top qovan Yassin Benzya yer alıb. Ağdam təmsilçisinin həm münsiflər heyətinin, həm də azarkeşlərin verdiyi səslərlə 24 xal toplayıb. Qarnaçoda isə bu göstərici 26 olub.