EN

“Onları bitirərəm” – Maskdan təhdid mesajı

Amerikalı iş adamı İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti təhlükəsizlik hesabatı qaydalarının pozulmasına görə federal araşdırmalarla üzləşib.

7times.az  xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.

Qeyd olunub ki, federal qurumlar şirkət və onun rəhbərinin dövlət sirlərini qorumaq məqsədi daşıyan açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı ən azı üç araşdırmaya başlayıb.

“İlon Mask və onun “SpaceX” şirkəti dəfələrlə dövlət sirlərini qorumaq üçün federal hesabat protokollarına əməl etməyib, o cümlədən xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını gizlədiblər”,-deyə nəşr yazıb.

Sözügedən xəbərə cavab verən Mask ABŞ dərin dövlətini hədəf alıb və sərt şəkildə öz xəbərdarlığını bildirib.

“Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək arxamca gəldilər. Mübarizəni başladan mən olmaq istəmirəm. Amma onlar başlasa, onları bitirərəm”,-deyə Mask qeyd edib.

Xatırladaq ki, İlon Mask hazırda dünyanın ən varlı insanı hesab olunur. Onun 430,9 milyard dollar sərvəti var.

“AzPolitika.info”

Chosen
3
1
7times.az

2Sources