EN

Sakit Okeandakı 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı artır

Bakı, TurkicWorld

Sakit Okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyi bildirilib.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Katie Greenwood, sosial media hesabından verdiyi açıqlamada, zəlzələdən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

O, həmçinin ilk yardım, sığınacaq və su kimi ehtiyacların olduğunu vurğulayıb.

Qrinvud, zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyini və hazırda xəsarət alan 200 nəfərin müalicə olunduğunu bildirib.

IFRC-nin baş katibi Caqan Çapaqain isə X platformasında etdiyi şərhdə Vanuatuda baş verən zəlzələdən olan narahatlığını ifadə edib. O, ölkədə Qırmızı Xaç ofisi və uçuş zolaqları kimi bəzi mühüm infrastrukturların zədələndiyini qeyd edib və Qırmızı Xaç qruplarının yardım səylərinə hazır olduğunu bildirib.

Qeyd edək ki, zəlzələ dünən, Vanuatunun paytaxtı Port Vila sahillərindən 30 kilometr aralıda, təxminən 57 kilometr dərinlikdə baş verib. Zəlzələdən sonra verilən sunami xəbərdarlığı daha sonra yanlış olması səbəbilə ləğv edilib.

Chosen
7
1
turkic.world

4Sources