Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “Hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “İnformasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edir. Hər il olduğu kimi, bu il də akademiyaya qızların qəbulunun aparılıb-aparılmayacağı barədə kütləvi suallar ünvanlanır. Bəs görəsən, bu il Polis Akademiyasının müsabiqə mərhələsində qızlar da iştirak edə bilərmi?TehsilForumu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sinfində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2025-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.