EN

Orbanın sülh təklifinə Zelenskinin sərt cavabı

9 dekabrda Orban Florida ştatında Tramp, Mask və Uolts(Trampın gələcək milli təhlükəslik üzrə müşaviri) görüşüb. 11 dekabrda Orban və Putin arasında 1 saatlıq telefon danışığı baş tutmuşdu.

Orban-Putin danışığından dərhal sonra Macarıstan xarici işlər naziri Peter Siarto Zelenski ofisilə Zelenski və Orban arasında telefon danışığını təşkil etməyə təklif edib, amma Zelenski danışıqlardan imtina edib. Buna cavab olaraq Peter Siyarto "Kossuth" radiosunun efirində rəsmi Kiyevin cavabını "diplomatik etikaya zidd" adlandırıb.

Zelenskinin öz telegram kanalında paylaşdığı cavabı həqiqətən diplomatiya üçün son dərəcədə sərt idi:

- Hamımız ümid edirik ki, Viktor Orban heç olmasa Əsədə zəng edib onun bir saatlıq mühazirələrini dinləməyəcək.

Orbanın (oxu Trampın) təklifi o idi ki, Milad bayramı ərəfəsində atəşkəs elan olunsun və əsirlərin mübadiləsi həyata keçirilsin. Moskva buna razı olsa da, Kiyev bu təklifləri birmənalı olaraq rədd edib.

İlk baxışdan rəsmi Kiyevin davranışları çox sərt görünsə də, diplomatiya elminə tamamilə uyğundur. Trampın ilk təklifinə "qaça-qaça, sevinə-sevinə" "hə" demək zəifliyin əlaməti olardı. Hal-hazırda Ukraynanın Rusiyaya ciddi zərbələr endirmək üçün kifayət qədər silahları, raketləri var.

Bir

Kamran Cəfərov

visiontv.az



Chosen
22
visiontv.az

1Sources