EN

Müxalifət liderinin anasını öldürmək istəyiblər?

Müxalifət

Rusiyanın müxalifət liderlərindən olan Vladimir Kara-Murza anasının zəhərlənmə əlamətləri ilə təcili xəstəxanaya yerləşdirildiyini bildirib. Siyasətçi qeyd edib ki, zəhərlənmə ilə bağlı şübhələr hələ tam təsdiqini tapmayıb.

Reyting.az
-ın məlumatına görə, Kara-Murza sonradan sosial şəbəkədə yazıb ki, anası Yelena Qordon hazırda xəstəxanadadır.

"Anam Berlində xəstəxanada olsa da, ilkin diaqnoz kimi zəhərlənmə və infarktla bağlı şübhələri təsdiqlənməyib. Həkimlər müayinələrini davam etdirirlər", - deyə siyasətçi əlavə edib.

Öz növbəsində, Berlin polisi "Charite" xəstəxanasına yerləşdirilən bu qadını öldürməyə cəhd iddiasını araşdırdıqlarını bildiriblər. Lakin alman polisi öncə qadının adını açıqlamayıb.

Polisin məlumatında deyilir: "Qadın əvvəl klinikanın tibb işçilərinə zəhərləndiyindən şübhələndiyini deyib".

Buna görə də polisin dəstəyi ilə rusiyalı siyasətçinin zərərçəkmiş anası "Charite" xəstəxanasının təcridxanasına köçürülüb və daha sonra xüsusi nəzarətə götürülüb. Hazırda Qordonun qanında zəhərli maddələrin olub-olmaması ilə bağlı yoxlanılışlar davam edir.

Məlumata görə, kimyəvi zəhərləyici maddələrin ilkin testi mənfi olub.

Xatırladaq ki, Vladimir Kara-Murza 2015 və 2017-ci illərdə iki sui-qəsd cəhdindən, zəhərlənmədən sağ çıxa bilib.

Həmin dövrlərdə "Bellingcat", eləcə də "The Insider" nəşrləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, sui-qəsd cəhdlərinin arxasında Rusiyanın kəşfiyyat xidməti dayanır.

Oqtay QORÇU

Chosen
12
reyting.az

1Sources