EN

İran İslam Respublikasının məğlub olduğu hər yerdə barış və sabitlik qazanır

Jurnalist Taha Kirmani Amerikanın Səsi ilə söhbətində deyib ki, İran İslam Respublikasının Suriyada vətəndaş müharibəsində müdaxiləsinin legitimliyi ilə bağlı ölkənin daxili və xaricində ortaya qoyduğu ritorika artıq öz qüvvəsini itirib.

“İran Suriyadakı varlığını bir hekayəyə bağlamışdı. Hərəm Müdafiəçiləri adı ilə bunu məşrulaşdırıb içəridə belə anladırdı. Xaricdə də mövcud legitim rejimin istəyi üzrə orada bir məsləhətçi varlığı yürütdünü və ya Suriya hakimiyyətini qorumaq üçün onunla əməkdaşlıq etdiyi tərzində müdafiə edirdi. İran Suiyadakı varlığını həm huquq çərçivəsində həm də öz ideoloji çərçivəsində belə müdafiə edirdi”, Taha Kirmani bildirib.

O, İslam Respublikası tərəfindən yaranan bu diskursun daxil və xaricdə qəbul etmədiyini vurğulayıb.

“Mənim buraya qədər anladığım budur ki, İran ictimaiyyəti hakimiyyətin ortaya qoymuş olduğu söyləmi qəbul etməyib, səmimi görməyib və inanmır da. Ölkə xaricində isə Suriya mövzusunda Əsəd hər nə qədər nifrət mərkəzində idi, İran da bir o qədər suç ortağı görünür və nifrət mərkəzindədir. Ona görə İran indiki durumda Suriya mövzusunda həm içəridə həm də eşikdə ən sevilməyən aktyorlar sıralamasında bəlkə birinci olaraq öz yerini tutub,” jurnalist söyləyib. 

Onun fikrincə, Suriyada Əsəd rejiminin devrilməsi ilə bərabər İslam Respublikasının ortaya qoyduğu diskurs da öz keçərliliyini itirib.

“İndi İranın o dayandığı əsasların heç biri həyatda deyil. Əsəd hakimiyyəti artıq çöküb və iddia olunduğu kimi İranın ifadəsi ilə təkfiri qüvvələrin oradakı müqəddəs yerlərə hər hansı görünən bir zərər verdiyindən bəhs etmək ən azından indilik çox çətindir. Ona görə, İran İslam Cümhuriyyəti bir boşluğa düşdü və sürətlə bir söyləm dəyişikliyinə getməyə məcbur qaldı. Gördük ki, ilk günlərdə hakimiyyət içində bir qafa qarışıqlığı və çaşbaşlıq var. Bu çaşbaşlığı toparlamağa çalışırlar. Hakimiyyətin ilk başda məsələyə yanaşmasına baxdığımızda müxalifləri şeytanlaşdıraraq terrorist adlandırırdı. Daha sonra meydanın həqiqətinə boyun əymək zorunda qalıb olnarı artıq müxalif kimi qəbul etməyə çalışır”, o bildirib. 

Taha Kirmani deyib ki, Tehranın indiki mərhələdən sonrakı Suriya siyasəti Suriyada sabitliyin bərpa edilib-edilməməsinə görə dəyişəcək.

“Əgər Suriyada bütün olaraq bir sabitlik və güc təmin edilsə, orada güc bölünməsi yaşanmasa və İran öz planlarını həyata keçirəcək birilərini tapa bilməsə, sırf xaricdən oraya daşıdığı qüvvələrlə amaclarına yetişə bilməyəck və məcburən Qarabağ mövzusunda olduğu kimi səssizcə bir kənara çəkilib və həqiqətə baş əymək durumunda qalacaq. İranın öz xəsarətini minimuma endirməkdən başqa çarəsi olmayacaq. Heç şübhəsiz burada Suriya xalqı və bölgə barışı qazanacaq. Yəni, bunu demək heç yersiz olmaz ki, İranın itirdiyi və məğlub olduğu hər yerdə barış və sabitlik qazanır,” Taha Kirmani əlavə edib.

visiontv.az



Chosen
5
visiontv.az

1Sources