EN

“Püşkdən sonra Andrey Şevçenko Sergey Rebrov ilə ayaqüstü söhbətimiz oldu”

Dekabrın 13-də futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin püşkü atılıb. Sürixdə atılan püşk yığmamızın bəxtinə Fransa-Xorvatiya cütünün qalibini, İslandiya və Ukrayna millilərini çıxardı. Sürixə yollananlar arasında yığmanın baş məşqçisi Fernando Santuş və direktoru İlqar Qurbanovla yanaşı, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin müavini Orxan Məmmədov da var idi.

Orxan bəylə əlaqə saxlayıb, səfər təəssüratını öyrəndik:

“Tədbir yaxşı təşkil olunmuşdu. Demək olar ki, bütün milli komandaların baş məşqçiləri və federasiya nümayəndələri mərasimində iştirak edirdi. Püşkdən sonra Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko və yığmanın baş məşqçisi Sergey Rebrov ilə ayaqüstü söhbətimiz oldu. Başqa federasiyaların nümayəndələri ilə də müxtəlif mövzularda fikir mübadiləsi apardıq”.

RÖYANƏ OĞUZ
Chosen
13
football-plus.az

1Sources