EN

ABŞ üzərində görülən müəmmalı dronlar getdikcə təşviş yaradır

Birləşmiş Ştatların qərb sahili üzərində səmada nə baş verir? Son həftələrdə saysız-hesabsız dronlar görülüb və sakinlrlərdən tutmuş yeni seçilən prezidentə kimi hər kəsin bununla bağlı sualları var.

Nyu Cersi səmasında qəfildən çox sayda dronun peyda olmasının səbəbi nədir? Onları kim göndərib? Və niyə?

Bunlar hazırda Amerika və dünyanı maraqlandıran suallardır.

ABŞ-ın daxili təhlükəsizlik naziri Alehandro Mayorkas bazar günü xarici müdaxiləyə dair heç bir əlamətin olmadığını bildirib. O, rəsmilərin “bunun üzərində işlədiyini” deyib, amma resursların məhdud olduğunu vurğulayıb.

“Mən Amerika ictimaiyyətini əmin etmək istəyirəm ki, biz bunun üzərində işləyirik. Biz ştat və yerli hüquq-mühafirəz orqanları ilə sıx koordinasiyada işləyirik və hamımızın illlərdir dediyi kimi, dronlarla bağlı vəziyyəti həll etmək üçün Konqresdən əlavə səlahiyyətlərə ehtiyacımız var. Hazırda səlahiyyətlərimiz məhduddur və onların müddəti bitmək üzrədir. Onların uzadılmasına ehtiyacımız var,” o deyib.

Sakinlər deyir ki, onların adətən səssiz və sakit olan səması son həftələrdə hərəkətlənib. Rəsmilər buna cavab axtarırlar.

“Onlar kommersiya təyyarəsi qədər böyük deyillər, ancaq maşın böyüklüyündədirlər. Çünki bir az aşağı ensələr, əhəmiyyətli dərəcədə böyüyəcəklər. Mən bunu görə bilirəm. Deyə bilərəm ki, bu, hobbi olaran edilən bir şey deyil. Bütün Nyu Cersi boyu bunlardan çoxdur. Hamı artıq üç-dörd həftədir ki, bunu görür - bunun nə qədər pula başa gəldiyini təsəvvür edin,” Nyu Cersi sakini Kristofer Stadulis deyir.

Yüksək səviyyəli seçilən rəsmilər bunula bağlı bir addım atılmasını tələb edir.

“Nə üçün cavablardan daha çox suallarımız var? Biz bu gün üç səbəbdən buradayıq. Birincisi, bu dronlarla bağlı cavablar almaq üçün Robin adlanan yeni, amma hələ ki, təsnif edilməmiş texnologiyanın geniş istifadəsinə çağırış etməkdir. Eyni zamanda mənim, çoxlarının tələb etdiyi kimi, yerli polis idarələrinə və ştat polis idarələrinə federal polisə bu dronları aşkar etməyə kömək etmək imkanı verməklə bu dronlarla daha yaxşı mübarizə aparacaq qanun layihəsinin qəbul edilməsinə kömək edəcəyimi bildirmək üçün burdayam,” Senatın çoxluq lideri Çak Şumer deyib.

Prezident seçilən Donald Tramp isə bazar ertəsi öz fərziyyəsini irəli sürüb. O, ona məsələ ilə bağlı məxfi məlumatların verilib-verilmədiyini deməyib.

“Hökumət nə baş verdiyini bilir. Onların hardan gəldiyini, hara getdiyini bilirlər. Amma nədənsə şərh vermək istəmirlər. Məncə, nə olduğunu söyləsələr daha yaxşı olar. Ordumuz da bilir, prezidentimiz də. Və nədənsə, insanları şübhə altında saxlamaq istəyirlər. Mən bunun düşmən olduğunu təsəvvür edə bilmirəm, çünki düşmən olsaydı, onu partladardılar. Geciksələr belə, onu partladardılar. Nə isə qəribə baş verir," Tramp deyib.

Onun nə olmasından asılı olmayaraq, hər kəsin razılaşdığı bir nöqtə var: Onlar cavab tələb edirlər.

visiontv.az



Chosen
5
visiontv.az

1Sources