EN

İş adamı evində ölü tapıldı - FOTO

Türkiyədə bir çox fabrik və iş yerinin sahibi olan məşhur iş adamı İbrahim Umur Akal Bebekdəki malikanəsində ölü tapılıb.

 

News365.az xəbər verir ki,  Akalın meyitini xadimə aşkarlayıb. O, ev sahibinin divanda hərəkətsiz oturduğunu görüb. Yaxınlaşanda Akalın dünyasını dəyişdiyini anlayıb. 

 

Hadisədən sonra xidmətçilər dərhal polis qruplarına və Akalın ögey oğlu Koray Asenaya məlumat veriblər. Qısa müddətdə hadisə yerinə gələn polis qrupları araşdırma başladıb. Akalın bir müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə apardığı və müalicə aldığı bildirilib.



Chosen
9
6
news365.az

10Sources