EN

“Globe and Mail”: İsrail Kanadadan silah tədarükünü bərpa etməyə çalışacaq

İsrail Kanadadan silah tədarükünü bərpa etməyə çalışacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” qəzeti İsrail Xarici İşlər Nazirliyinin siyasi və strateji departamentinin rəhbəri Ben-Nuna istinadən məlumat yayıb.

İsrail hakimiyyəti Kanadadan 2023-cü ilin oktyabrında dayandırılmış silah tədarükünü bərpa etməyə çalışmaq niyyətindədir.

Nəşrin sözlərinə görə, İsrail embarqonu qəbul etmir və hesab edir ki, bu gün daha az haqlıdır.

“Qəzzada hərbi əməliyyatların intensivliyi xeyli aşağıdır. Ümid edirəm ki, biz atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxınıq. Ümid edirəm ki, bu dəfə yaxşı nəticə əldə edəcəyik”, – deyə Ben-Nun nəşrə bildirib.

İsrail həmçinin Kanadanın Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirməsini dayandırmasını istəyir. İsrail hökuməti daha əvvəl agentlik işçilərini HƏMAS ilə əlaqələrdə ittiham etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
1
interpress.az

2Sources