Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə daha 20 ədəd “Marder 1A3” piyada döyüş maşını (PDM) tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna üçün edilən bu sifariş Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək.
Sifariş üzrə bu PDM-lərin 2025-ci ilin birinci yarısında çatdırılması planlaşdırılıb.
Qeyd olunub ki, “Rheinmetall” şirkəti indiyə kimi Ukrayna Silahlı Qüvvələrinə 100-dən çox “Marder” piyada döyüş maşını tədarük edib.