EN

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması ilə bağlı pilot layihənin icrasına başlanılır

"Regionlarda həkim çatışmazlığının aradan qaldırılması ilə bağlı hazırlanmış layihənin Qərb bölgəsində icrasına başlayırıq. Cərrahi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı yanvar ayından yeni layihə reallaşdırılacaq".

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı reginonlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:

"Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd regionlarda yaşayan vətəndaşların tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə edə bilməsidir. Gələn ilin ilk 6 ayında artıq müsbət nəticələr əldə edəcəyimizə inanırıq".

Chosen
18
6
apa.az

8Sources