İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana yollanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, iranlı nazir səfər zamanı Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy Məscidi ziyarət edib.
İranın rəsmi hökumət saytı Göy Məscidi qərəzli şəkildə yenidən farslaşdırmağa çalışıb:
“İrəvanın Göy Məscidi yalnız gözəlliyi və unikal dizaynı ilə deyil, həm də Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanınır”./axaraz