Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 8,1 faiz artaraq 6,3 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 1,55 milyard dollar (+3,8 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 4,76 milyard dollar (+9,6 faiz)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 14,67 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,31 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi