EN

Ov mövsümün gecikməsi ilə bağlı nazirlikdən açıqlama

Bu il ov mövsümünün elan olunması gecikib. Lakin Bakının bazarları, yol kənarları, restoranlar və s. yerlərdə ov quşu və ov heyvanlarının açıq aşkar satışı həyata keçirilir. Hələ bu azmış kimi, artıq çöl quşları sosial şəbəkələrdə də rahat və maneəsiz şəkildə satılır.

Yenisabah.az Ekologiya və Təbii Sərvətlər Naziriliyinə istinadla xəbər verir ki, dekabrın 19-u saat 16:00-17:00 aralığında nazirliyin “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımda “Ekspert saatı” rubrikası yayımlanacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov tərəfindən aşağıda qeyd olunan mövzular ətrafında sualları cavablandırılacaq. 

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
20
yenisabah.az

1Sources