EN

Banka getdi, sualına cavab vermədilər - "VTB Bank"dan narazılıq

"VTB Bank"ın Neftçilər filialında müştəri narazılıqla yola salınıb. 

Valyuta.az-ın məlumatına görə, Səbuhi Əhmədov adlı sosial şəbəkə istifadəçisi bu barədə bankın "Facebook" səhifəsində öz narazılığını qeyd edib. 

"Bu gün 09:05-də "VTB Bank"ın Neftçilər filialına yaxınlaşdım. 4 faizli ipoteka krediti barədə sualım var idi. Bildirdilər ki, bunu filialda cavablamırıq, filan nömrəmizə zəng edin. Bu absurd qərardır. Necə yəni filial sualı cavablandırmır? Digər banklara da getmişəm, filialda bütün suallarımı cavablayıblar. Saytınıza da daxil olmuşdum, "ipoteka ilə bağlı suallarla filiala müraciət etməyin" məlumatını da görmədim. Sizin bankın bu fəaliyyətindən narazı qaldım . Bankın özünə də yazılı şikayətimi bildirəcəm", deyə həmin şəxs qeyd edib.

Sadiq İsbəndərli

85688

Chosen
2
1
valyuta.az

2Sources