EN

Özəl bağçalara qeydiyyat yenidən başlayıb

"Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib. Qeydiyyat prosesi www.bq.edu.az portalı üzərindən həyata keçirilir".

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

"Qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub", - deyə məlumatda bildirilib.

Chosen
3
41
azedu.az

10Sources