Astara rayonu, Şuvi Səlivə kənd sakini İbrahimov Bəhruz Amil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ünvanlı sosial yardım üçün müraciət etsə də, müsbət cavab ala bilmədiyini deyən şikayətçinin müraciətini dərc edirik:
“Mən, İbrahimov Bəhruz Amil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, 3 uşaq atasıyam, heç bir yerdən gəlirim yoxdur. İmkansızlıqdan uşaqlarım çox vaxt ac yatır.
Ünvanlı sosial yardım üçün müraciət etmişəm. Lakin hələ gəlib baxış keçirməyiblər.
Evimdə işıq yanmır. 30 manatım yoxdur ki, işıq pulumu ödəyim. Evimiz pis haldadır, yağış başımıza yağır”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə məlumat verilib.
Aynurə MUSTAFAYEVA