AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, büdcə layihəsinin yekun sənədində isə dotasiya 34 milyon 816 min manat azaldılaraq 285 milyon 713 min manat nəzərdə tutuldu:
"Son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəb ilə bağlıdır: Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi və ikinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunmasının nəzərdə tutulması.
Bütövlükdə isə, son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır. Eyni zamanda vəsaitlərin xərclənməsində səmərəliyin və şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib.
Bu, son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir. Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək".
Həmidə İbrahimova
AzVision.az